Çavuşoğlunun Orta Şǝrq ölkǝlǝrinǝ sǝfǝri

Nazir, sǝfǝrinin ilk dayanacağı olan İordaniyada keçirdiyi görüşlǝri çǝrçivǝsindǝ Kral 2-ci Abdullah tǝrǝfindǝn qǝbul edilib. Görüş mǝtbuata qapalı keçirilib.

119978
Çavuşoğlunun Orta Şǝrq ölkǝlǝrinǝ sǝfǝri

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu, Orta Şǝrq ölkǝlǝrinǝ sǝfǝrǝ çıxıb.
Nazir, sǝfǝrinin ilk dayanacağı olan İordaniyada keçirdiyi görüşlǝri çǝrçivǝsindǝ Kral 2-ci Abdullah tǝrǝfindǝn qǝbul edilib. Görüş mǝtbuata qapalı keçirilib.
Çavuşoğlu görüşdǝ, Türkiyǝnin, iki ölkǝ arasındakı ǝlaqǝlǝrin ǝn yüksǝk sǝviyyǝyǝ çıxarılması vǝ yaşadıqları ortaq problemlǝrin hǝllindǝ İrdoniya ilǝ hǝmfikir olduğunu deyib.
Kral Abdullah isǝ Fǝlǝstin mǝsǝlǝsinin hǝllini tapması üçün müzakirǝlǝrin yenidǝn başladılaraq, iki dövlǝtli hǝll yolunun ǝsas götürülmǝsi vǝ 1967-ci ildǝki sǝrhǝdlǝri ehtiva edǝn müstǝqil Fǝlǝtin dövlǝtinin qurulmasının vacibliyini vurğulayıb.
Xarici İşlǝr naziri Çavuşoğlu, İordaniya Xarici İşlǝr naziri Nasır Cudeh ilǝ dǝ bir araya gǝlib.
Nazir ortaq mǝtbuat toplantısında deyib ki, hǝm Fǝlǝstin vǝ Orta Şǝrqdǝ iki dövlǝtli hǝll yolu vǝ Fǝlǝstinin haqları mövzusunda, hǝm dǝ İraq, Suriya kimi bölgǝdǝ yaşanan problemlǝr vǝ bunlarla mübarizǝ edilmǝsi barǝdǝ Türkiyǝ vǝ İordaniya hǝmfikirdir.
İki ölkǝ arasındakı qarşılıqlı ziyarǝtlǝrin artaraq davam edǝcǝyini dilǝ gǝtirǝn Çavuşoğlu, tǝlim, ticarǝt vǝ turizm sahǝlǝrindǝki ǝlaqǝlǝrin güclǝnǝcǝyini bildirib.
İordaniya Xarici İşlǝr naziri Cudeh dǝ, Çavuşoğlunun ilk sǝfǝrini ölkǝsinǝ etmǝsindǝn mǝmnunluq duyduğunu ifadǝ edib.
Nazir, iki ölkǝnin, Suriyadakı böhran, qaçqınlar mǝsǝlǝsi vǝ İraqdakı vǝziyyǝt kimi mövzularda ortaq problemlǝri olduğunu deyib.
Mövlud Çavuşoğlu İordinayaya sǝfǝrindǝn sonra Bǝhreynǝ gedib.
Paytaxt Manamada Kral Hamad Bin İsa Әl Halifǝ tǝrǝfindǝn qǝbul edilǝn Çavuşoğlu, bu ölkǝnin Xarici İşlǝr naziri Şeyx Halid bin Әhmǝd bin Mǝhǝmmǝd el Halifǝ ilǝ dǝ bir araya gǝlib.
Çavuşoğlunun Orta Şǝrq ölkǝlǝrinǝ sǝfǝrinin son dayanacağı Qǝtǝrdir.
Nazir, Sǝudiyǝ Әrǝbistanının ev sahibliyindǝ Ciddǝdǝ keçirilǝcǝk “ Orta Şǝrqdǝ tǝhdid vǝ risklǝr” mövzulu toplantıya da qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr