"Türkiyǝ İŞİD tǝşkilatı mövzusunda narahatdır "
Kemeron, Türkiyǝnin İŞİD tǝşkilatı mövzusunda narahat olduğunu, hǝrbi, mǝxfi vǝ tǝhlükǝsizlik sahǝlǝrindǝ ölkǝsi ilǝ ǝmǝkdaşlıq etmǝk istǝdiyini bildirib.
İngiltǝrǝ Baş naziri Devid Kemeron, NATO zirvǝsi haqqında verdiyi açıqlamada Türkiyǝnin İŞİD tǝşkilatı mövzusunda narahat olduğunu, hǝrbi, mǝxfi vǝ tǝhlükǝsizlik sahǝlǝrindǝ ölkǝsi ilǝ ǝmǝkdaşlıq etmǝk istǝdiyini bildirib.
Kemeron, Böyük Britanya Parlamǝnti İcmalar Palatasına keçǝn hǝftǝ Uelsdǝ keçirilǝn NATO zirvǝsi haqqında mǝlumat verǝrǝk dǝyib ki, İŞİD ilǝ mübarizǝdǝ Türkiyǝ sǝrhǝdindǝn keçişlǝr mǝsǝlǝsini, Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanla müzakirǝ etdik. Türkiyǝ, sǝrhǝdindǝki tǝhlükǝsizliyi artırmaq üçün hazırda müxtǝlif addımlar atıb vǝ yardım etmǝmiz üçün bizimlǝ hǝrbi, mǝxfi vǝ tǝhlükǝsizlik sahǝlǝrindǝ ǝmǝkdaşlıq etmǝk istǝyir.
İŞİD ilǝ mübarizǝdǝ kürdlǝrǝ dǝstǝk vermǝkdǝ davam edǝcǝklǝrini bildirǝn Kemeron, bunun hǝm silah tǝmin edilmǝsi hǝm dǝ hǝrbi tǝlimi ehtiva etdiyini bildirib.
İngiltǝrǝ Baş naziri onu da vurğulayıb ki, İŞİD ilǝ mübarizǝ iraqlılar tǝrǝfindǝn istiqamǝtlǝndirilmǝlidir, bölgǝdǝki ölkǝlǝrlǝ bu sǝylǝrǝ dǝstǝk olmaları üçün ǝmǝkdaşlığımızı davam etdirmǝk istǝyirik.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...