Әdalәt vә inkişaf partiyasının İdarә heyәti toplantısında

Әdalәt vә inkişaf partiyasının İdarә heyәti toplantısı işinә başlayıb.

98892
Әdalәt vә inkişaf partiyasının İdarә heyәti toplantısında

Әdalәt vә inkişaf partiyasının Mərkəzi İcra Şurası toplantısı işinә başlayıb.
Bu gün baş tutan tarixi әhәmiyyәtә sahib toplantıda Partiyanın liderliyinә namizəd göstəriləcək şәxs tәyin edilәcәk.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın saat 18-də mövzu ilә bağlı açıqlama verәcәyi ehtimal olunur.
Türkiyә cumhiriyyәtinin 12-ci prezidenti seçilən Ərdoğanın başçılığında son dәfә keçirilәn mәrkәzi icra şurası yığıncağında baş nazir Ərdoğanın yerinə keçəcək şәxs tәyin olunacaq.
Qeyd edәk ki, Baş nazir Ərdoğan, yerinә keçәcәk lideri tәyin etmәk mәqsәdi ilә partiyasının Mәrkәzi icra şurası üzvləri, millət vəkilləri, və vilayәt başçıları ilә bir araya gәlәrәk fikir mübadilәsi edib.
Bu gün tәşkil edilәn yığıncaqdan sonra Әdalәt vә inkişaf partiyasının lider namizədi isә baş nazir Ərdoğan tərəfindən açıqlanacağı ehtimal olunur.
Açıqlanacaq lider namizәdi 27 Ağustosda tәşkil edilәcәk fövqəladə konqresdə nümayəndələr tәrәfindәn tәsdiq edilәcәk.
Rəcəb Tayyib Ərdoğan prezident vəzifəsini tәhvil aldıqdan sonra hökuməti formalaşdırma işini әdalәt vә inkişaf Partiyanın yeni liderinә tapşırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr