Abdullah Gül Çankaya köşkündә vida ziyafәti verib

Türkiyә cümhuriyyәtinin 11-ci Prezidenti Abdullah Gül, vəzifəsinin sona çatması səbəbindən Çankaya Köşkündə ziyafәt verib.

96568
 Abdullah Gül  Çankaya  köşkündә  vida  ziyafәti  verib

Türkiyә cümhuriyyәtinin 11-ci Prezidenti Abdullah Gül, vəzifəsinin sona çatması səbəbindən Çankaya Köşkündə ziyafәt verib.
Abdullah Gül, iş adamları, sənətçilər, yazıçılar, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları ziyafәtdә etdiyi çıxışında Әdalәt vә İnkişaf partiyası konqresindә Əhməd Davudoğlu-nun lider seçilәcәyinin güclü ehtimal olduğunu, qurucu üzvlәri arasında yer aldığı partiyanın uğurlu olması üçün öz tәcrübәlәrini bölüşәcәyini bildirib. Әdalәt vә İnkişaf partiyası konqresinin, prezident vәzifәsini təhvil verməmәsinә bir gün qalmış tәşkil edilәcәyini xatırladan Abdullah Gül, Partiyanın yeni liderinin xarici işlər naziri Əhməd Davudoğlunun olacağını tәxmin etdiyini, ona uğurlar arzuladığını vә dәstәk verәcәyini bildirib.
Vәzifә müddәti sona çatdıqdan sonra İstanbulda yerlәşәcәyini ifadә edәn Abdullah Gül, Türkiyənin gələcəyinin parlaq olacağına әminliyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr