Obama, Ərdoğanı tǝbrik edib

Obamanın Türkiyǝ Cümhuriyyǝtinin 12-ci Dövlǝt başçısı seçilǝn Baş nazir Rǝcǝb Tayyib Ərdoğana zǝng edǝrǝk tǝbrik etdiyi bildirilib.

89241
Obama, Ərdoğanı tǝbrik edib

ABŞ prezidenti Barack Obama, Ərdoğanı tǝbrik edib.
Ağ Ev, Obamanın Türkiyǝ Cümhuriyyǝtinin 12-ci Dövlǝt başçısı seçilǝn Baş nazir Rǝcǝb Tayyib Ərdoğana zǝng edǝrǝk tǝbrik etdiyini açıqlayıb.
Baş Nazirlikdǝn yayımlanan açıqlamada isǝ 45 dǝqiqǝ davam edǝn telefon danışığında Obamanın, Ərdoğanın bazar günü axşamı etdiyi çıxışı tǝqdirlǝ qarşıladığı bildirilib.
Açıqlamada, Obamanın Ərdoğanın birbaşa xalq tǝrǝfindǝn seçilǝn ilk cümhurbaşqanı olaraq Türkiyǝni daha da inkişaf etdirmǝk üçün tarixi bir fürsǝt ǝldǝ etdiyini söylǝdiyi qeyd edilib.
Açıqlamada o da bildirilib ki, Obama vǝ Ərdoğan, İraq vǝ Suriyada yayılmaqda davam edǝn terror tǝhdidinǝ qarşı ǝmǝkdaşlığın daşıdığı ǝhǝmiyyǝt barǝdǝ razılıq ǝldǝ edib, ayrıca iki lider, Qǝzzada atǝşkǝsin tǝmin edilmǝsinǝ dair sǝylǝrǝ diqqǝt çǝkib.
Açıqlamada, Ərdoğan vǝ Obamanın, yeni İraq hökumǝtinin ölkǝdǝki bütün qrupları vǝ bütün icmaları bir araya gǝtirmǝsinin önǝmli olduğunu vurğuladıqları da ifadǝ edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr