Xaricdə yaşayan vətəndaşların səsvermǝ prosesi davam edir

Keçid mǝntǝqǝlǝrindǝ sabah (10 avqust) saat 17-00-dǝk səs verilǝ bilǝcǝk.

84803
 Xaricdə yaşayan vətəndaşların səsvermǝ prosesi davam edir

Cümhurbaşqanı seçkisi üçün xaricdə yaşayan vətəndaşların səsvermǝ prosesi davam edir.
Keçid mǝntǝqǝlǝrindǝ sabah (10 avqust) saat 17-00-dǝk səs verilǝ bilǝcǝk.
Keçid mǝntǝqǝlǝri dǝ daxil olmaq üzrə ölkǝ xaricindǝki seçicilərdǝn sǝs verǝnlǝrin sayı 486 mini keçib
Cümhuriyyǝt tarixində ilk dəfə xalqın seçəcəyi Cümhurbaşqanı seçkisində yenǝ ilk dǝfǝ olaraq xaricdə yaşayan vətəndaşlar üçün seçki mǝntǝqǝlǝri qurulub.
Xaricdə yaşayan vətəndaşlar, 12-ci Cümhurbaşqanını seçmək üçün yaşadıqları ölkələrdə səs verǝ bilir.
Ölkǝ Xaricindǝki Türklər və Qohum-Əqrǝba Toplulukları İdarǝsinin rǝhbǝri Kudrǝt Bülbül, xarici seçicilərdǝn sǝs verǝnlǝrin sayının 500 minə çatacağını güman etdiklərini, beləcə iştirakın 20 faizǝ çıxacağını deyib.
İştirakın daha yüksək olması üçün gǝlǝcǝk seçkilərdə əlavə tədbirlər görülǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr