Әrdoğandan Azәrbaycan prezidenti İlham Әliyevә baş sağlığı

Baş naziri Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyevə, Ermənistan-Azərbaycan təmas xəttində şəhid olan əsgərlər üçün başsağlığı verib.

78474
Әrdoğandan  Azәrbaycan prezidenti  İlham Әliyevә baş sağlığı

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, telefon vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə, Ermənistan-Azərbaycan təmas xəttindəki qarşıdurmalarda şəhid olan əsgərlər üçün başsağlığı verib.
Baş nazirlikdən verilən məlumata görə Baş nazir Ərdoğan, Əliyev ilə danışığı zamanı, Ermənistan-Azərbaycan arasındakı təmas xəttində iyul ayının 31-dən meydana gələn qarşıdurmalarda, 12 Azerbaycan əsgərinin şəhid olmasını və bəzi əsgərlərin yaralandığını xatırladaraq, şəhidlərə rəhmət, yaralılara təcili şəfa, qardaş Azərbaycan xalqına başsağlığı diləyib.
Məlumata görə telefon danışığı, Ərdoğanın Cumhurbaşkanı seçki kampaniyası çərçivəsində İstanbulda keçirilən mitinqdən əvvəl Sabiha Gökçen Hava Limanında olduğu zaman reallaşıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr