Davudoğlunun telefon diplomatiyası

Xarici İşlər naziri Əhməd Davudoğlu, Fələstin və İsrail arasında başladılan 72 saatlıq atəşkəs qǝrarının pozulmasına reaksiya göstərib.

76734
Davudoğlunun telefon diplomatiyası

Xarici İşlər naziri Əhməd Davudoğlu, Fələstin və İsrail arasında başladılan 72 saatlıq atəşkəs qǝrarının pozulmasına reaksiya göstərib.
Davudoğlu, İsrailin, Fələstinlǝ 3 saat belə davam etmǝyǝn atəşkəs qǝrarını sona çatdırdığını açıqlamasının ardından telefon diplomatiyası başladıb.
Davudoğlu, ABŞ Dövlǝt katibi John Kerry, BMT Baş katibi Ban Ki-Mun, Həmas lideri Xalid Məşəl və Qǝtǝr Xarici İşlər naziri Xalid Bin Məhəmməd Əl-Ətiyyə ilə ayrı-ayrı telefonla görüşüb.
Dünən Konyada cümə namazından sonrası açıqlama verǝn Davudoğlu, atəşkəsin pozulması ilə əlaqədar Fələstinin səbəbi barǝdǝ deyib ki, 70-ə yaxın fələstinlinin həyatını itirməsinə səbəb olan atəşkəs pozuntuları yaşandı, buna cavab vermək mǝcburiyyǝtindǝ qalındığı ifadǝ edilmişdir.
Xalid Məşəlin atəşkəsə sadiq olduqlarını ifadə etdiyini bildirǝn Davudoğlu, bu çərçivədə Fələstin tərəfindən bir açıqlama verilǝcǝyini deyib.
Davudoğlu, bölgədə Birləşmiş Millətlərdən müşahidəçi bir heyətin olmasının vacibliyini dǝ dilǝ gǝtirib.
Atəşkəsin kim tərəfindən pozulduğunun müǝyyǝn edilmǝsinin lazım olduğunu qeyd edǝn nazir, diplomatiya müzakirǝlǝrini davam etdirəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr