XİN-dәn İsrailə sәrt reaksiya

Xarici işlәr nazirliyi, Qəzza Zolağına istiqamәtli hücumlarını sıxlaşdıraraq davam etdirməsinin təəssüflə qarşılandığı açıqlayıb

74818
XİN-dәn  İsrailə sәrt reaksiya

Xarici İşlər Nazirliyi, İsrailin Qəzzaya istiqamətli son hücumlarında, elektrik stansiyasını, BMT-nin Fələstinli Mühacirlərə Yardım tәşkilatı, məktəblər, xəstəxanaları və məscidləri hədəfә götürdüyünü, bunun da ölkənin sərhəd tanımaz təcavüzkarlığını göz önünә sәrdiyini bildirib.
İsrailin, beynəlxalq cəmiyyətin bütün çağırış və xəbərdarlıqlarına baxmayaraq, Qəzza Zolağına istiqamәtli hücumlarını sıxlaşdıraraq davam etdirməsinin təəssüflə qarşılandığı ifadә edilәn xarici işlәr nazirliyinin açıqlamasında "Aralarında çox sayda qadın və uşağın da olduğu mәsum Fələstinlilərin ölümünə sәbәb olan hücumları lənətləyir, həyatını itirәnlәrә Allahdan rəhmət, ailələrinə və qardaş Fələstin xalqına başsağlığı, yaralananlara təcili şəfa diləyirik deyilib. İsrail, indiyә dәk çoxu dinc sakin olmaqla 1200-dәn artıq Fələstinlinin ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan hücumlara dərhal son qoymalıdır " deyә vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr