Türkiyәnin Atәşkәsin bәrpası uğrundakı sәylәri davam edir

Davudoğlu, Qəzzada atəşkəsin bәrpası üçün sәylәrin davam etdiyini bildirib.

73098
Türkiyәnin Atәşkәsin  bәrpası uğrundakı  sәylәri davam  edir

Xarici işlər naziri Əhməd Davudoğlu, Qəzzada atəşkəsin bәrpası üçün sәylәrin davam etdiyini bildirib.
"Qardaşlarımız ağrı və iztiraba qәrq olaraq yaşarkәn bizim üçün bayram söz mövzusu deyil" deyәn xarici işlәr naziri Davudoğlu, bayram namazını Konyada qıldıqdan sonra, jurnalistlərə verdiyi açıqlamada İsrailin bayramda təcavüzkarlığa son qoymasını vә atəşkəsin bәrpasını arzuladıqlarını qeyd edib. 3 gündür müvəqqəti atəşkəsin elan edilməsi üçün çalışdıqlarını ifadə edən Davudoğlu, “Demәk olar ki, mövzu ilә bağlı müşavirələrimiz hәr saat davam edir” deyә vurğulayıb. Yeganә mәqsәdlәrinin Qəzza xalqının doğma vәtәnlәrindә dinclik və әmin-amanlıqda yaşamalarının tәmini olduğunu söylәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr