Mahmud Abbas, Gül vǝ Ərdoğanla görüşüb

Gül, son 10 gündǝ İsrailin hǝyata keçirdiyi hücumlarının hǝm Fǝlǝstin xalqını hǝm dǝ razılıqla formalaşmış hökumǝti hǝdǝfǝ aldığını bildirib.

63945
Mahmud Abbas, Gül vǝ Ərdoğanla görüşüb

Mahmud Abbas, Gül vǝ Ərdoğanla görüşüb
Türkiyǝdǝ sǝfǝrdǝ olan Fǝlǝstin Dövlǝt başçısı Mahmud Abbas, ötǝn gün İstanbulda Dövlǝt rǝhbǝri Abdullah Gül ilǝ görüşüb.
Gül, görüşün ardından tǝşkil edilǝn birgǝ mǝtbuat toplantısında, son görüşlǝrindǝn sonra Fǝlǝstindǝ önǝmli hadisǝlǝr yaşandığını, milli razılıq tǝmin edildiyini, Fǝlǝstin dövlǝtinin beynǝlxalq sahǝdǝ dǝ önǝmli addımlar atdığını deyib.
Gül, son 10 gündǝ İsrailin hǝyata keçirdiyi hücumlarının hǝm Fǝlǝstin xalqını hǝm dǝ razılıqla formalaşmış hökumǝti hǝdǝfǝ aldığını bildirib.
Abbas vǝ nümayǝndǝ heyǝtinin baş verǝnlǝr haqqında mǝlumat verdiklǝrinǝ işarǝ edǝn Gül, bunun üçün Abbasa tǝşǝkkür edib.
Sanksiyalar qarşısında çǝtin günlǝr keçirǝn Fǝlǝstin xalqına humanitar yardımların sürǝtli şǝkildǝ çatdırılmasının lazım olduğunu qeyd edǝn Gül deyib ki, atǝşkǝs qǝrarının daimi olması vǝ iki dövlǝt olaraq mǝsǝlǝnin hǝllǝ qovuşdurulması üçün addımlar atılmalıdır.
Gül, hǝr zaman olduğu kimi Türk xalqının Fǝlǝstin xalqının vǝ mǝsǝlǝsinin yanında olduğunu vurğulayıb.
Fǝlǝstin Dövlǝti rǝhbǝri Mahmud Abbas da çıxışında Fǝlǝstindǝ yaşananlar haqqında mǝlumat verǝrǝk deyib ki, Türkiyǝni Fǝlǝstin mǝsǝlǝsindǝ ǝsas ortaq kimi görürük. Türkiyǝ ilǝ davamlı olaraq ǝlaqǝ saxlayırıq. BMT-dǝ Türkiyǝnin bizǝ verdiyi dǝstǝk vǝ üzǝrinǝ götürdüyü rol gerçǝktǝn çox önǝmlidir.
İsrailin fǝlǝstinlilǝr arasındakı razılığı vǝ birliyi istǝmǝdiyini bildirǝn Abbas onu da deyib ki, İsrail bizim BMT-yǝ vǝ beynǝlxalq tǝşkilatlara üzv olmağımızı istǝmir. Paytaxtı Qüds olmaq üzrǝ müstǝqil bir Fǝlǝstin Dövlǝtinin olmaması üçün İsrail davamlı olaraq bǝhanǝlǝr irǝli sürür.
Mahmud Abbas daha sonra Baş nazir Rǝvǝb Tayyib Ərdoğanla birlikdǝ iftar mǝrasimindǝ bir araya gǝlib. Ardından iki lider Dolmabağçadakı Baş nazirliyin çalışma Ofisindǝ görüşüblǝr.
Qapalı qapılar ardında keçirilǝn görüşdǝ, İsrailin Qǝzzaya yönǝldilmiş quru ǝmǝliyyatındakı son vǝziyyǝtlǝ, Türkiyǝnin bu prosesdǝ necǝ bir rol götürǝ bilǝcǝyi mǝsǝlǝsi müzakirǝ edilib.
İki ölkǝ arasındakı ǝlaqǝlǝrin dǝ dǝyǝrlǝndirildiyi görüşdǝn sonra hǝr hansı açıqlama verilmǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr