Gülün xaricә son sәfәri

Gül prezident olaraq xaricә son sәfәrini Kıbrısa reallaşdırır.

132546
Gülün xaricә son sәfәri

11-ci prezident olaraq ilk xarici səfərini Şimali Kıbrıs Türk Respublikasına edən Abdullah Gül son rəsmi səfərini də bu ölkəyə edəcək. Şimali Kıbrıs Türk Respublikasının prezidenti Dərviş Eroğlunun dəvəti ilə iyulun 19-da baş tutacaq iki günlük səfər çərçivəsində Abdullah Gül burada Kipr Türkünün dinclik və təhlükəsizliyə qovuşmasını təmin edən 20 İyul Sülh Hərəkatının 40-cı il dönümü ilə bağlı tədbirlərədə qatılacaq. Qeyd edək ki, prezident Abdullah Gül Türkiyə Respublikasının 11-ci prezident olaraq 2007-ci ildə ilk xarici səfərini də Şimali Kipir Türk Respublikasına etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr