Türkiyə hava yolları sektorunda rekord qazanıb

Türk hava yollarında son 10 ildә hәyata keçirilәn reyslәrin sayında böyük artım olub.

127931
Türkiyə hava yolları sektorunda rekord qazanıb

Türk hava yollarında son 10 ildә hәyata keçirilәn reyslәrin sayında 168 faiz, daşınan sərnişin sayında isә 233 faiz artım müşahidә olunub.
Ötәn il sərnişin daşımada Avropada 6-cı yeri tutan Türkiyə, 2013 dә 5-ci sıraya yüksəlib. Daxili xәttlәrdә isә, keçən ilin müvafiq dövrü ilә müqayisәdә 17,7 faiz artaraq 76,1, xarici xәttlәrdә 11,7 faiz artımla 73,2 milyona çatıb.
Daxili xәttlәrdә 6 hava yolu şirkətin, 7 mərkəzdən cəmi 52 nöqtəyə, xarici reysdә isə 15 mərkəzdən 236 nöqtəyə səfər tәşkil olunub. Beləcə, daxili uçuşlara 5, xarici uçuşlara 44 yeni nöqtə əlavə olunub.
Qeyd edәk ki, 2013-cü ilin sonlarınra Türkiyə hava yollarında cəmi min 240 təyyarə mövcud idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr