Әrdoğan: "Fәlәstinә 400 ton bomba atılıb"

Ərdoğan, Böyükşəhər Bələdiyyəsinin uşaqlar üçün təşkil etdiyi iftar süfrəsinə qatılıb.

127291
Әrdoğan: "Fәlәstinә 400 ton bomba atılıb"

Baş nazir, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan dünən Antalyada keçirdiyi mitinqdən sonra Böyükşəhər Bələdiyyəsinin valideyin himayəsindən məhrum olan uşaqlar üçün təşkil etdiyi iftar süfrəsinə qatılıb. Ərdoğan burada etdiyi çıxışında İslam dünyasının çox çətinliklər içində olduğunu deyərək bundan təəssüf hissi keçirdiyini ifadə edib. Son günlərdə İsrailin Fələstinə təxminən 400 ton bomba atdığını deyən Ərdoğan nəticədə çox sayda adamın öldüyünü və yaralandığını söyləyib. İsrailin hücumu nəticəsində Fələstində yetim qalan uşaqlara diqqət çəkən baş nazir, İsrailin Fələstin üzərindəki embarqosunu aradan qaldırmayınca Türkiyənin İsraillə münasibətlərinin normallaşmasının mümkünsüz olduğunu vurğulayıb. Ərdoğan, "Biz Fələstin məsələsində əsla tərəfsiz deyilik. Böyük bir millət, böyük bir dövlət olaraq da əsla tərəfsiz olmayacağıq" deyə bildirib. Türkiyə sərhədlərinin yaxınlığında çox böyük ağrılar və faciələr yaşandığını ifadə edən Ərdoğan Suriyada və İraqda illərdir uşaqların yetim qaldığını söyləyib. Türkiyənin bölgəyə humanitar yardımlarının davam etdiyini də qeyd edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr