İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatını dünən İstanbulda davam etdirib.

120939
İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatını dünən İstanbulda davam etdirib.
Bəyoğlu İstiqlal prospektində vətəndaşlarla bir araya İhsanoğlu Cümhuriyyət Xalq Partiyasının ərazi binasının qarşısında qərənfillərlə qarşılanıb.
Prezidentliyə namizəd İhsanoğlu Cümhuriyyət Xalq Partiyasının baş katibi Gürsel Tekin ilə bərabər "Türkiyənin ümidi" şüarları altında Qalatasaraya qədər gedib. Bəyoğlunda vətəndaşlarla görüşən İhsanoğlu Sultangazidə təşkil edilən iftara da qatılıb.
Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının dəstəyi ilə deyil, xalqın dəstəyiylə seçkiyə getdiyinə işarə edən Ekmələddin İhsanoğlu bu günə qədər beş siyasi partiyanın onu dəstəklədiyini bu dəstəyin getdikcə artdığını da söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr