Türkiyədə seçki prosesi

Türkiyə, prezidentin ilk dəfə xalq tərəfindən seçilməsi prosesinə girir.

115183
Türkiyədə seçki prosesi

Əkmələddin İhsanoğlu, Selahattin Demirtaşın ardınca Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi müəyyən oldu.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci cümhurbaşqanını müəyyə edəcək seçkidə Ədalət və İnkişaf Partiyasının namizədi oldu.
Bu günə qədər 3 namizədin adının açıqlandığı prezident seçkiləri üçün sabah saat 17.00-da namizədlik müraciətləri üçün müddət sona çatacaq.
Mərkəzi Seçki Komissyası müraciətləri iyulun 5-də şənbə günü araşdırmağa başlayacaq və müəyyən olunan nöqsanların başa çatdırılması ilə bağlı tərəflərə yazılı bildiriş təqdim olunacaq. Nöqsanların başa çatdırılmasının ardınca prezidentliyə müvəqqəti namizədlərin siyahısı iyulun 8-də çərşənbə axşamı günü rəsmi qəzetdə dərc olunacaq.
Prezidentliyə qəti namizədlərin siyahısı isə iyulun 11-də cümə günü müəyyən olacaq və ardınca təşviqat dövrü başlayacaq.
İyulun 26-da gömrük qapılarında və Avqustun 3-də isə xarici nümayəndəliklərdə səsvermə prosesinə başlanılacaq. Avqustun 10-da bazar günü isə Türkiyə vətəndaşları 12-ci cümhurbaşqanını seçmək üçün seçki məntəqələrinə üz tutacaqlar. Seçkilərdə etibarlı səslərin tam əksəriyyətini qazanan namizəd prezident seçiləcək. İlk səsvermədə bu əksəriyyət təmin edilməsə Avqustun 24-də səsvermənin 2-ci turu keçiriləcək.
Bu turda isə ilk səsvermədə ən çox səs alan iki namizəd iştirak edəcək və etibarlı səslərin əksəriyyətini qazanan şəxs Çankaya Köşkündə oturacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr