"Problemin ən qısa zamanda həll edilməsinə ümid edirəm"

İŞİD-in Mosulda Türkiyǝnin Baş konsulluğuna təşkil etdiyi hücuma kəskin bir tənqid də Türkiyənin Avropa Birliyi üzrə naziri və Baş müzakirəçi Mevlüt Çavuşoğlundan gəlib.

94246

Mevlüt Çavuşoğlu, Antaliyada verdiyi açıqlamada hadisənin yaxından izləndiyini bildirərək, problemin ən qısa zamanda həll edilməsinə ümid etdiyini söyləyib.
Hadisələrin bu nöqtəyə çatmasının səbəbinin Suriyada davam edən vətəndaş müharibəsi olduğunu ifadə edən Çavuşoğlu,”Biz üç ildir başda cənab Barack Obama olmaqla bütün həmsöhbətlərimizə dedik lakin hər kəs buna göz yumdu” deyib. Bundan sonra başda Suriya olmaqla bölgənin sabitliyi və təhlükəsizliyinin necə olacağının özlǝrini düşündürdüyünü bildirən Çavuşoğlu, regionda davam edənlərin haralara sıçrayacağının qarşısının alınmasının mümkün olmadığını qeyd edib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr