Abdullah Gülün başçılığında tәcili zirvә toplantısı

Çankaya Köşkündə Mosul ilә bağlı zirvə toplantısı keçirilib.

91982
Abdullah Gülün başçılığında tәcili zirvә toplantısı

İŞİD-in Mosuldakı Türk konsulluğuna hücum tәşkil edәrәk baş konsul Öztürk Yılmaz və әmәkdaşları oğurladığına dair xəbərlər paytaxt Ankaranı hәrәkәtә keçirib. Baş konsulluğa edilәn hücumdan sonra Ankarada ardıcıl iclaslar baş tutub. İlk olaraq Baş nazirlikdә təcili yığıncaq təşkil edilib.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığında keçirilәn yığıncağa; baş nazir müavini Bəşir Atalay, Milli kәşfiyyat tәşkilatının Məsləhətçisi Hakan Fidan və Baş qərargahın Hərəkat Bölmәsinin komandiri General-leytenant Erdal Öztürk və xarici işlər nazirinin müavini səfir Naci Koru qatılıb.
Yığıncaqdan sonra Nazi Korudan mәlumat alan preziden Abdullah Gül Çankaya köşkündә toplantı tәşkil edib.
Yığıncağa , baş nazir Rəcəb Tayyib Ərdoğan, Baş qərargahın rәhbәri General Özәl, baş nazir müavini Bəşir Atalay, xarici işlər nazirinin müavini Naci Koru, kәşfiyyat tәşkilatının Məsləhətçisi Hakan Fidan və Xarici İşlər Nazirliyinin nümayәndәsi Ömər Önhon qatılıb.
Toplantıda, Mosulda cәrәyan edәn proseslәr qiymәtlәndirilib. Atılası addımlar müzakirә edilib.
Çankaya Köşkündeki iclasdan sonra isә Xxarici işlər nazirliyində koordinasiya yığıncağı keçirilib.
Digәr tәrәfdәn Mosulda cәrәyan edәn hadisәdәn sonra BMT-nin terror mövzulu yığıncağına qatılmaq üçün New -Yorkda sәfәrdә olan xarici işlər naziri Əhməd Davudoğlu isə, görüşlәrinә son qoyaraq Türkiyәyә yola düşüb.
Davudoğlu,New-Yorkdan ayrılmadan әvvәl Amerika dövlәt katibi John Kerry ilə telefonda görüşәrәk mövzunu qiymәtlәndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr