Ruhani Türkiyədə səfərdədir

İran prezidenti Həsən Ruhani Türkiyədə səfərdədir.

88639
Ruhani Türkiyədə səfərdədir

Baş nazir Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani, Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci toplantısı daxilində bir araya gəlib.
Yığıncaqdan sonra baş nazirliyin Mətbuat Mərkəzi iki liderin razılıq əldə etdiyi ortaq bəyanatı mətbuata yaydı.

Məlumatda, iki ölkə xalqlarının rifah səviyyəsini irəli aparacaq və regional sabitliyin inkişaf etdirilməsinə töhfə verəcək iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkilib.
Toplantıdan sonra ticarət dövriyyəsinin 2015-ci ilədək 30 milyard dollara çatdırılması hədəfə alınıb. Digər bir məsələ isə bank və enerji sahəsindəki iş birliyi olub. İki ölkə arasındakı uçuşların sayının artırılması da, diqqət mərkəzində olub. Məlumatda Türkiyə və İranın nüvə və digər kütləvi qırğın silahlarından təmizlənmiş bir orta şərqi dəstəklədiyi bildirilir.
Toplantıda, Suriya, İraq və Əfqanıstan daxil olmaq üzrə regiondakı anlaşılmazlıqların xalqların qanuni hüquqları istiqamətində siyasi həllini tapması və humanitar yardımlar çatdırılması mövzusunda danışıqlar olub.
Fələstin problemi isə ayrı bir müzakirə mövzusu olub. Bundan başqa İran, Türkiyənin 2015-2016-ci illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü namizədliyinə tam dəstək verdiyini bəyan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr