Türkiyә, misirin edam qәrarına sәrt reaksiya verib

Misir Cinayәt Məhkəməsinin edam qərarlarına Türkiyə kәskin reaksiya verib.

199832
Türkiyә, misirin edam qәrarına sәrt reaksiya verib

Misir Cinayәt Məhkəməsinin edam qərarlarına Türkiyə kәskin reaksiya verib vә beynəlxalq cəmiyyəti, edam qərarlarına reaksiya verməyə sәslәyib.

Xarici işlәr nazirliyindәn mövzu ilә bağlı verilәn açıqlamada bildirilib ki, edam qərarları, başda ədalətli mühakimə etmə və yaşamaq haqqı olmaqla, hüququn universal prinsipləriylə uyğun gәlmir. Beynәlxalq insan hüquqları bəyannaməsində әks edәn əsas hüquq və azadlıqları pozur.

Qərarların Misir məhkəmə orqanları tәrәfindәn nəzərdən keçirilməsini xahiş edir, bu çətin prosesdә hər zaman olduğu kimi dost və qardaş Misir xalqının yanında olduğumuzu bir dәfә daha tәsdiq edirik deyә xarici işlәr nazirliyinin açıqlamasında vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr