İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.

2150573
İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək. Keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Bəyanatda həmçinin bildirilib ki, görüşlərdə aktual, regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr