Azərbaycanın energetika naziri Pərviz Şahbazov Anadolu Agentliyinə müsahibə verib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransında Türkiyə ilə əməkdaşlıq etmək istədiklərini bildirib.

2150152

Pәrviz Şahbazov paytaxt Bakıda keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Anadolu Agentliyinə müsahibə verib.

Pәrviz Şahbazov bildirib ki, iki ölkə neftdən təbii qaza, bərpa olunan enerjidən tutmuş elektrik enerjisinә qədər bir çox sahədә əməkdaşlıq edir.

Azərbaycanın Türkiyə üzərindən Avropaya təbii qaz nəql etdiyini xatırladan Pәrviz Şahbazov deyib: "İmzaladığımız yeni müqavilələrlə Türkiyə üzərindən Avropaya daha çox qaz nәql edәcәyik".

Cari ilin 11-22 noyabr tarixlәrindә Bakıda keçiriləcək COP29-la bağlı da açılamalar verәn Pәrviz Şahbazov deyib: "Birləşmiş Ərəb Əmirliklərində, yəni COP28-də əldə olunan uğurları davam etdirəcəyik. Biz burada da Türkiyə ilə birgə işləmək istəyirik. Bunu müzakirә etdik. Bəzi layihələri birlikdə hazırlayacağıq’’.

Azərbaycanın bərpa olunan enerji resurslarının, xüsusən də ölkənin Naxçıvan bölgəsində istehsalının, daha sonra isə Türkiyə bazarına çıxarılmasının vacibliyinə toxunan Şahbazov deyib: “Beynəlxalq öhdəliklərimizə uyğun olaraq bərpa olunan enerjini 3 dəfə artırmalıyıq’’.

Prezident Rəcəb Tayyib Ərdoğan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgi ilә bağlı verdiyi mesajda COP29-a ev sahibliyi edəcək Azərbaycana hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

Әlaqәli Xәbәrlәr