Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə təlimə hazırlaşır

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə ...

2125388
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə təlimə hazırlaşır

 

  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin birgə təlim keçirəcəyi açıqlanıb.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, 5 ölkənin müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

  Qeyd edək ki, 2024-cü ilin iyulunda Qazaxıstanın “Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasındakı Tokmak burnunda keçiriləcək təlimlərdə “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.



Әlaqәli Xәbәrlәr