Qıbrız prezidenti ABŞ səfərindən əvvəl açıqlama verdi

Amerika Birləşmiş Ştatlarına səfərindən əvvəl mətbuat konfransı keçirən E.Tatar Vaşinqtonda görüşlər keçirəcəyini açıqlayaraq deyib ...

2124458
Qıbrız prezidenti ABŞ səfərindən əvvəl açıqlama verdi

 

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar qıbrız türk tərəfinin suveren bərabərliyi və milli status tələbindən geri addım atmayacaqlarını bildirib.

  Amerika Birləşmiş Ştatlarına səfərindən əvvəl mətbuat konfransı keçirən E.Tatar Vaşinqton görüşlərilə bağlı açıqlama verərək deyib: “Aprelin 5-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşüm olacaq. Şimali Kipr Türk Respublikasının 3 ildir apardığı siyasətdən geri dönüş olmayacağını bəyan edəcəyəm. Yunanıstan tərəfi ilə ortaq məxrəcə gələ bilmədiyimizi deyəcəyəm. Türkiyə bizim yeni siyasətimizin tamamilə arxasındadır. Əgər Kiprdə razılaşma olacaqsa, mütləq bizim suveren bərabərliyimiz və bərabər statusumuzun təsdiqi ilə danışıqlar prosesi başlamalıdır. Bizim siyasətimiz aydın və açıqdır.

  Qıbrız türk xalqına tətbiq edilən təcrid, embarqo və məhdudiyyətlər aradan qaldırılmalıdır.



Әlaqәli Xәbәrlәr