İlham Əliyev Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiye Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

2123883

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, İlham Əliyev görüş zamanı Türkiyenin müdafiə sənayesi məhsullarının keyfiyyətinə və səmərəliliyinə görə dünya miqyasında tanınmasından məmnunluğunu ifadə edib.
İlham Əliyev bildirib ki, Azərbaycanda müdafiə sənayesinin inkişafı istiqamətində ciddi addımlar atılıb.
Haluk Görgün isə öz növbəsində qeyd edib ki, səfər çərçivəsində Türkiye müdafiə sənayesi şirkətləri ilə Azərbaycan şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətə dair anlaşma memorandumu imzalanıb.

Әlaqәli Xәbәrlәr