Qurbanqulu Berdiməhəmmədov Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Qurbanqulu Berdiməhəmmədov ikitərəfli əlaqələrin inkişafına göstərdiyi diqqətə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

2114149
Qurbanqulu Berdiməhəmmədov Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ikitərəfli əlaqələrin inkişafına göstərdiyi diqqətə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"TRT Haber"in suallarını cavablandıran Berdiməhəmmədov həm Türkiye daxilində, həm də xaricdə etibarlı, milyonlarla izləyicisi olan "TRT Haber" telekanalına müsahibə verməkdən məmnunluq duyduğunu və Türk dövlətləri arasındakı əlaqələr ilə bağlı baxışını geniş şəkildə ifadə etmək imkanı verdiyini bildirib. 

Türk xalqlarının eyni mənşəli olduğunu bildirən Berdiməhəmmədov deyib:

"Bu vəziyyət qarşılıqlı münasibətlərimizə xüsusi məna verir. Müstəqil, suveren dövlətlər olsaq da, ortaq uzunmüddətli birgə məqsəd və maraqlarımızın olduğunu unutmuruq". 

Türkmən xalqının lideri Türk Dövlətləri Təşkilatını türk dövləri arasında dostluq münasibətlərini, iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bir təşkilat, perspektivli və etibarlı beynəlxalq tərəfdaş kimi gördüyünü bildirib.

Berdiməhəmmədov ikitərəfli əlaqələrin inkişafına göstərdiyi qayğıya və həssaslığa görə prezident Ərdoğana minnətdar olduğunu da dilə gətirərək deyib:

“Bu yaxınlarda Türkmənistan prezidentinin (Sərdar Berdiməhəmmədovun) Cənab prezident Ərdoğanı “Türkmən xalqının fəxri ağsakalı” elan etməsi prezident Ərdoğanın türk dünyasına xidmətlərinin təsdiqi idi”.



Әlaqәli Xәbәrlәr