Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçiriləcək

Martın 12-də Türkmənistanın paytaxtı Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçiriləcək.

2113727

Üzv ölkələrin ağsaqqallarının (məsləhətçilərinin) qatılacağı toplantıda Türkiyeni Şura sədri Binəli Yıldırım təmsil edəcək.

İclasda əvvəlki qərarlar müzakirə olunacaq və üzv dövlətlər arasında əməkdaşlığın artırılması yolları axtarılacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının ağsaqqalları 15-ci dəfə bir araya gəlir.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov qonaqların ən yüksək səviyyədə yerləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Türkmənistanın Ümummilli Lideri və Ağsaqqalı Qurbanqulu Berdiməhəmmədovun ev sahibliyi edəcəyi ağsaqqallara rəsmi iftar süfrəsi veriləcək və Qurani-Kərim oxunacaq.

Şuranın iclasında təşkilatın əsas üzvü Türkiye, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkə Macarıstanın göndərdiyi ağsaqqallar iştirak edəcək.

Әlaqәli Xәbәrlәr