Azərbaycan və Ermənistan nazirlərinin Berlin danışıqları başa çatdı

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ...

2109308
Azərbaycan və Ermənistan nazirlərinin Berlin danışıqları başa çatdı

 

  “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında bəzi əsas məsələlər üzrə əlavə iş davam etdirilməlidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlində sülh sazişi danışıqları çərçivəsində 2 günlük danışıqlar başa çatıb.

  Nazirlər və onların nümayəndə heyətləri "Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olunmasına dair ikitərəfli saziş" layihəsinin müddəaları ilə bağlı mövqelərini müzakirə ediblər. Qeyd olunub ki, bəzi əsas məsələlər üzrə əlavə iş davam etdirilməlidir".

  Azərbaycanlı nazir C.Bayramov görüşlərə ev sahibliyi etdiyinə görə Almaniyanın xarici işlər naziri Annalena Baerboka təşəkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr