Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə etdi

Türkiyə Prezident Aparatından verilən məlumatda bildirilir ...

2104002
Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə etdi
İlham Əliyev_Türkiyə səfəri.jpg

 

  Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də ölkədə keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

  Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

  Türkiyə Prezident Aparatından verilən məlumatda bildirilir: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev fevralın 18, 19 tarixlərində ölkəmizdə rəsmi səfərdədir. Bu, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərindən İlham Əliyevin ikitərəfli səviyyədə ilk xarici səfəridir.

  Fevralın 19-da - bazar ertəsi keçirilən görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçirilib, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunub, cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.”



Әlaqәli Xәbәrlәr