“Qıbrız Türk dünyasının Aralıq dənizinə açılan bir qapısı və pəncərəsidir”, E.Tatar

Kahramanmaraşın düşmən işğalından azad edilməsinin 104-cü ildönümü ilə bağlı təşkil edilən tədbirlərdə iştirak üçün Türkiyəyə gələn Qıbrız dövlət başçısı “Son proseslər çərçivəsində Şimali Kipr Türk Respublikasının əhəmiyyəti” adlı konfransda çıxış edib

2101504
“Qıbrız Türk dünyasının Aralıq dənizinə açılan bir qapısı və pəncərəsidir”, E.Tatar

 

  Şimali Kipr Türk Respublikasının (KKTR) prezidenti Ersin Tatar Qıbrızın Türk dünyasının Aralıq dənizinə açılan bir pəncərəsi, qapısı olduğunu bildirib.

  Kahramanmaraşın düşmən işğalından azad edilməsinin 104-cü ildönümü ilə bağlı təşkil edilən tədbirlərdə iştirak üçün Türkiyəyə gələn Qıbrız dövlət başçısı “Son proseslər çərçivəsində Şimali Kipr Türk Respublikasının əhəmiyyəti” adlı konfransda çıxış edib.

  Qıbrızın Türkiyənin dəstəyi ilə dünyada müxtəlif beynəlxalq toplantılarda iştirak etdiyini söyləyən Ersin Tatar “mavi vətən”in geosiyasi baxımdan əhəmiyyətli olduğunu və bir çox dövlətin burada mövqe tutmağa çalışdığını bildirərək deyib: “Dünya təbii sərvət ticarətinin 70 faizi bu bölgədən keçir. Beynəlxalq danışıqlarda Şimali Kiprin heç bir bölgəsindən, xüsusilə Karpaz burnundan heç bir güzəştə getmirik.

  Karpaz burnu və Türkiyədən keçən tədarük yolları bir-birinə çox yaxındır. Bölgənin başqalarının əlində olması Türkiyənin və Türk dünyasının təhlükəsizliyinə yüz faiz mənfi təsir göstərər.

  Qıbrızın strateji əhəmiyyəti böyükdür.

  Kipr təkcə orada yaşayan bizim üçün deyil, həm də dəniz yurisdiksiyası əraziləri, “mavi vətən”in üstündəki hava məkanı üçün milli təhlükəsizliyə 100 faiz çox təsir edən bir sıra hüquqi və strateji qazanclardan ibarət bir mövqedə yerləşir. Məhz buna görə Şimali Kipr Türk Cümhuriyyətini müstəqil bir türk dövləti olaraq yaşatmalıyıq.

  Qıbrız bütün türk dünyasının Aralıq dənizinə açılan bir pəncərəsi və qapısıdır. Siyasi, iqtisadi və əslində dənizlərdəki haqqımız bizim üçün son dərəcə əhəmiyyətli bir milli dəyərdir."



Әlaqәli Xәbәrlәr