Azərbaycan Ermənistanla sülh prosesinə sadiq olduğunu bir daha bəyan etdi

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ...

2101830
Azərbaycan Ermənistanla sülh prosesinə sadiq olduğunu bir daha bəyan etdi

 

  Azərbaycan Ermənistanla sülh prosesinə sadiq olduğunu bir daha bəyan etdi.

  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Sərhəddəki son gərginlik Ermənistanın təxribatına cavabdır. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səylərə təhlükə yarada biləcək hərbi gərginlikdən çəkinməyə çağırır.

  Xatırladaq ki, Ermənistan tərəfindən 12 fevralda açılan atəş nəticəsində sərhəddə xidmət edən əsgərlərindən birinin yaralanmasından sonra Azərbaycan cavab əməliyyatı təşkil edib. Azərbaycan əsgərlərinə atəş açılan mövqe tamamilə dağıdılıb, 4 erməni əsgəri ölüb.  

  Qeyd edək ki, fevralın 12-də Zəngilan rayonunun Kollukışlak kəndi istiqamətindəki Azərbaycan mövqelərinə Kafan rayonunun Nerkin-And kəndi istiqamətindəki Ermənistan mövqelərindən atəş açılıb və bir Azərbaycan əsgəri yaralanıb.

 



Әlaqәli Xәbәrlәr