Qırğızıstan Prezidenti ABŞ-dan ölkənin işlərinə qarışmamağı xahiş edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

2101144
Qırğızıstan Prezidenti ABŞ-dan ölkənin işlərinə qarışmamağı xahiş edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

S.Japarov bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.

“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – Qırğızıstan lideri qeyd edib.

Məktubda Japarov parlamentdə müzakirə olunan “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” qanuna dəyişiklik layihəsi və xaricdən maliyyələşən QHT-lər barədə də fikirlərini bölüşüb.

Japarov qeyd edib ki, sözügedən qanun layihəsi ilə dövlət öz statusuna uyğun olaraq xarici qeyri-kommersiya təşkilatlarından pulların haradan gəldiyini, kimlər tərəfindən, necə və hansı məqsədlə xərclənməsinə nəzarət etməyi qarşısına məqsəd qoyub.

Japarov bildirib ki, Qırğızıstanda dövlət qurumlarının təşəbbüsü ilə hazırlanan “xarici agentlər”, “media” və “qeyri-hökumət təşkilatları” əleyhinə qanun layihələri azad media adlandırılan qurumlar və bəzi QHT nümayəndələri tərəfindən “düşmənçilik”lə qarşılanıb.

Ölkəsinin bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə işləməyə hazır olduğunu vurğulayan Prezident Japarov Blinkenə məktubunda yazıb:

“Sizi Qırğızıstanda insan hüquq və azadlıqlarının Qırğız Respublikasının Konstitusiyası və qanunları ilə etibarlı şəkildə qorunduğunu görməyə dəvət etməkdən şərəf duyuram”. 

Qeyd edək ki, fevralın 7-də Japarova göndərdiyi məktubda Blinken dövlətin QHT-lər üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi hesab edilən yeni qanun layihəsi ilə bağlı narahatlığını ifadə edib.



Әlaqәli Xәbәrlәr