Prezident İlham Əliyev ''Akıncı'' hücum PUA-larının uçuşunu izləyib

Azərbaycan Prezidenti İlham Əliyev "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarla Azərbaycanın aldığı Bayraktar ''Akıncı'' hücum pilotsuz uçuş aparatlarının (TİHA) uçuşunu izləyib.

2100316
Prezident İlham Əliyev ''Akıncı'' hücum PUA-larının uçuşunu izləyib
aliyev-akinci tiha.jpg
aliyev-selcuk bayraktar.jpg

Azərbaycan Prezidenti İlham Əliyev "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarla Azərbaycanın aldığı Bayraktar ''Akıncı'' hücum pilotsuz uçuş aparatlarının (TİHA) uçuşunu izləyib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub.

Azərbaycan ordusunun inventarına yeni daxil edilən “Bayraktar Akıncı” PUA-larının uçuşunu izləyən prezident İlham Əliyevi oğlu Heydər Əliyev və "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktar müşayiət ediblər.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə də tanış olub.
Sonra İlham Əliyev yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.
PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.



Әlaqәli Xәbәrlәr