“Seçkilərin Xankəndi və Şuşada keçirilməsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyır”,İ.Əliyev

Azərbaycan Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib.

2099629
“Seçkilərin Xankəndi və Şuşada keçirilməsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyır”,İ.Əliyev

Azərbaycan Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkənin bütün ərazisində keçirildiyini qeyd edib.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanda 7 il hakimiyyətdə olacaq yeni prezidenti seçmək üçün fevralın 7-də seçki keçirilib.

Erməni işğalından azad edilmiş rayonlarda da seçki qutuları quruldu, beləliklə, ilk dəfə olaraq Azərbaycanın bütün torpaqlarında seçkilər keçirilib.

Qarabağın simvolik şəhəri Şuşada, vaxtilə separatçı erməni administrasiyasının “paytaxt” kimi istifadə etdiyi Xankəndində, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilanda Qubadlı, Laçın və Kəlbəcərdə seçicilər səs veriblər. 

4 milyon 971 min seçicinin səs verdiyi və iştirak nisbətinin 76,73 faiz olduğu seçkilərdə İlham Əliyev 92,1 faiz səs toplayaraq yenidən prezident seçilib.



Әlaqәli Xәbәrlәr