Qırğızıstan XİN rəhbəri Emoməli Rəhmon tərəfindən qəbul edilib

Düşənbədə Tacikistan prezidenti ilə Qırğızıstanın xarici işlər naziri arasında görüş keçirilib.

2097771
Qırğızıstan XİN rəhbəri Emoməli Rəhmon tərəfindən qəbul edilib

Düşənbədə Qırğızıstanın xarici işlər naziri ilə Tacikistan prezidenti arasında görüş keçirilib.

Yayılan məlumata görə, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bu gün Tacikistana rəsmi səfəri çərçivəsində ölkə Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul edilib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə indiyədək iki ölkənin dövlət sərhədinin 90 faizindən çoxu ilə bağlı razılıq əldə olunub. Rəhman və Kulubayev arasında keçirilən görüşdə transsərhəd su ehtiyatlarından istifadə, iqtisadiyyat, parlamentlərarası və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi də müzakirə olunub.

Son bir neçə aydır ki, iki ölkə rəhbərləri sərhədlərin ayrılması məsələsini aktiv şəkildə müzakirə edirlər. Qırğızıstan Nazirlər Şurasının son hesabatına görə, Batkendəki görüşdən sonra tərəflər daha 38,35 kilometr ərazi ilə bağlı qərar qəbul ediblər.

Sərhədlə bağlı son görüşü ölkələrin Dövlət Milli Təhlükəsizlik Komitələrinin direktorları Kamçibek Taşıyev və Saymumin Yatimov keçirib. Görüşdən sonra tərəflər sərhədin bir neçə sahəsi üzrə prinsipial razılığa gəldiklərini açıqlayıblar.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin ümumi uzunluğu 972 km-dir. İki ölkə liderləri 2022-ci ildə görüşləri zamanı 664 km məsələsində razılaşdıqlarını bildiriblər. Sərhədlə bağlı qeyri-müəyyənlik səbəbindən bu bölgələrdə tez-tez mübahisələr yaranıb, bəziləri silahlı qarşıdurma ilə nəticələnib. Ən ciddi münaqişə 2022-ci ilin payızında baş verib.



Әlaqәli Xәbәrlәr