Qazaxıstanda hökumət istefa verib

Qazaxıstan Prezident Aparatından verilən məlumata görə ...

2097838
Qazaxıstanda hökumət istefa verib

 

  Qazaxıstanda Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumət istefa verib.

  Qazaxıstan Prezident Aparatından verilən məlumata görə, prezident Kasım Jomert Tokayev konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefası ilə bağlı qərarı imzalayıb, Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefası qəbul edilib.

  Hökumətdə baş nazirin birinci müavini olan Roman Sklyar müvəqqəti baş nazir vəzifəsinə keçib.

  Sabiq hökumət üzvləri yenisi təsdiq olunana qədər öz vəzifələrini davam etdirəcəklər.

  Əlixan İsmayılov 2022-ci ilin yanvarında baş verən hadisələrdən sonra baş nazir olmuşdu. 2023-cü il martın 19-da keçirilən parlament seçkilərindən sonra da baş nazir olaraq almışdı.

  Roman Sklyar isə əvvəllər baş nazirin birinci müavini vəzifəsində çalışıb. Alixan Smailov isə Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə 2022-ci ilin yanvarında təyin edilmişdi.

  Qazaxıstan prezidentinin fevralın 7-də hökumətin geniş iclasını keçirəcəyi, yığıncaqda ölkənin son bir ildə sosial-iqtisadi inkişafının yekunlarının müzakirə olunacağı bildirilir.



Әlaqәli Xәbәrlәr