Qırğızıstan Türkiyedən kömək istədi

Qırğızıstan Bişkek Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında ağır yaralananların müalicəsi üçün Türkiyedən kömək istəyib.

2096910
Qırğızıstan Türkiyedən kömək istədi

Qırğızıstan Bişkek Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında ağır yaralananların müalicəsi üçün Türkiyedən kömək istəyib.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanata görə, səhiyyə naziri Alimkadır Beyşənəliyev prezident Sadır Çaparovun göstərişi ilə Türk həmkarı ilə əlaqə saxlayıb.
Bəyanatda bu ifadələrə yer verilib: "Türkiyenin yanıq üzrə tanınmış mütəxəssislərindən biri olan professor Koray Daş ilə onlayn qaydada konsultasiya keçiriləcək və yaralıların müalicə üsulları müzakirə ediləcək''.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdəki Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında 2-si ağır olmaqla 5 nəfər xəsarət alıb.
Səhiyyə nazirinin müavini Mederbek İsmayılov keçirdiyi mətbuat konfransında bildirib ki, ağır xəsarət alanların qolları və üzlərində ciddi yanıqlar var.



Әlaqәli Xәbәrlәr