Azərbaycanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanlılar 1990-cı ildə yaşanan qətliamın qurbanlarının xatirəsini yad etmək üçün Bakıdakı Şəhidlər Xiyabanına axışıblar.

2091214
Azərbaycanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
azerbaycan 20 ocak.jpg
azerbaycan 20 ocak.jpg
azerbaycan 20 ocak.jpg

Azərbaycanda müstəqillik rəmzinə çevrilən və tarixə “Qanlı Yanvar” kimi düşən 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Azərbaycanlılar 1990-cı ildə yaşanan qətliamın qurbanlarının xatirəsini yad etmək üçün Bakıdakı Şəhidlər Xiyabanına axışıblar.
Bakıdan və digər rayonlardan gələnlər Şəhidlər Xiyabanının qarşısında uzun növbə yaradıblar. Vətəndaşlar məzarların üzərinə qırmızı qərənfillər qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
Yerli vaxtla saat 12:00-da ölkə üzrə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Azərbaycan Prezidenti İlham Əliyev də xanımı Mihriban Əliyeva ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Türkiyenin Bakıdakı səfiri Cahit Bağcı da Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub, dua oxuyub.
Türkiyenin Bakıdakı səfirliyindəki Türkiye bayrağı Qanlı Yanvarla əlaqədar yarıya qədər endirilib.



Әlaqәli Xәbәrlәr