Türkiye ilə Azərbaycan arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

"Türkiye və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir", F.Altun

2090972
Türkiye ilə Azərbaycan arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. 

Bu barədə F.Altun “X”də yazıb.

O deyib ki, Türkiye və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir. Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik.



Әlaqәli Xәbәrlәr