Azərbaycanın Fransadakı səfiri nazirliyə çağırılıb

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin 27 dekabr açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayonun nazirliyə çağırıldığı bildirilib ...

2081702
Azərbaycanın Fransadakı səfiri nazirliyə çağırılıb

 

  Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

  Fransa hökuməti Azərbaycan səfirliyindəki iki əməkdaşının “arzuolunmaz şəxs” (persona non qrata) elan edilməsinə münasibət bildirib: “Fransa Azərbaycanın bu qərara haqq qazandırmaq üçün irəli sürdüyü iddiaları qətiyyətlə rədd edir”.

  Fransa da qarşılıqlılıq prinsipi əsasında Azərbaycanın Parisdəki səfirliyində çalışan iki nəfəri “persona non qrata” elan edib və səfir Leyla Abdullayevaya bu məsələ ilə bağlı məlumat vermək üçün nazirliyə çağırıb.

  Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin 27 dekabr açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayonun nazirliyə çağırıldığı bildirilib. Səfir Buayona iki əməkdaşının 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasına zidd fəaliyyətdə olduqları səbəbilə “persona non qrata” elan edildiyi barədə məlumat verilib. Sözügedən iki diplomatın 48 saat ərzində ölkəni tərk etmələri istənilib və Azərbaycanın etiraz notası səfirə təqdim edilib.



Әlaqәli Xәbәrlәr