Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

2081028
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.


Etiketlәr: #Azərbaycan , #Fransa

Әlaqәli Xәbәrlәr