Azərbaycan XİN Türkiyeyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə sosial mediada paylaşım edib.

2080097
Azərbaycan XİN Türkiyeyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyeyə başsağlığı verib.

Bu barədə xarici siyasət idarəsi sosial şəbəkədə bildirib.

"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyenin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyenin yanındayıq", - paylaşımda qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bayramov da sosial media hesabından etdiyi paylaşımda deyib:

“Pençe-Kilit” əməliyyatı zonasında qardaş Türkiyenin çox sayda şəhid verməsi bizi dərindən kədərləndirdi.

Bu kədərli gündə Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik.

Terror təhdidinə qarşı apardığı haqlı mübarizədə daim qardaşlarımızın yanındayıq".



Әlaqәli Xәbәrlәr