TİKA Qırğızıstandan mükafat aldı

Qırğızıstan Səhiyyə Nazirliyinin töhfələri ilə Əczaçılıq və Tibbi Fəaliyyətlər Məsləhət Şirkəti (Medfarm) tərəfindən paytaxt Bişkekdə 2023-cü il Mükafat Mərasimi keçirilib

2077757
TİKA Qırğızıstandan mükafat aldı

 

  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA Qırğızıstanda səhiyyə sektoruna göstərdiyi yardım və dəstəyə görə “2023-cü ilin mükafatı”na layiq görülüb.

  Qırğızıstan Səhiyyə Nazirliyinin töhfələri ilə Əczaçılıq və Tibbi Fəaliyyətlər Məsləhət Şirkəti (Medfarm) tərəfindən paytaxt Bişkekdə 2023-cü il Mükafat Mərasimi keçirilib.

  Tədbirdə Qırğızıstan Nazirlər Şurasının sədr müavini Edil Baysalov, səhiyyə naziri Alımkadır Beyşənaliyev, Qırğızıstan Əczaçılıq Dövlət Müəssisəsinin sədr müavini Aybek Cumakayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Temir Sariyev, Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Sadıq Doğan, o cümlədən ölkənin səhiyyə sektorunun nümayəndələri, təşkilat və şirkət rəhbərləri, səhiyyə işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və qonaqlar iştirak ediblər.

  Mərasimdə bu il ikinci dəfə təşkil olunan və səhiyyə sahəsində nümunəvi və bənzərsiz xidmət göstərən şəxslərə və qurumlara verilən mükafatlar sahiblərinə verilib.

  TİKA “Qırğızıstan respublikasının səhiyyə sektoruna dəstək” kateqoriyasında “Nümunəvi-2023” mükafatına layiq görülüb. Mükafatı TİKA-nın Bişkek proqram koordinatoru Mehmet Bodura Nazirlər Kabinetinin sədr müavini E.Baysalov təqdim edib.

  Tədbirdə Türkiyənin Qırğızıstandakı səfiri Ə.S.Doğanın 2022-ci ildə uşaqların müalicəsinə verdiyi töhfələrə görə “Nümunəvi insan-2022” nominasiyasında mükafata layiq görüldüyü xatırladılıb. O, səhnədəki çıxışına “Qırğızıstan bizim ata-baba yurdumuzdur, ona görə də mən ata-baba dilində danışmaq istəyirəm” deyərək başlayıb. Sözləri salondakı iştirakçılar tərəfindən alqışlarla qarşılanan Doğan qırğız dilində etdiyi çıxışında insanlıq missiyasına toxunaraq deyib: “İnsan yaxşı və gözəl işlər görmək üçün doğulub. Yaxşılıqda ədalət, sağlıq və birlik var. Qırğızıstan xalqına xeyirlər arzulayıram".

  Mərasim ölkənin vokal sənətçilərinin ifasında xalq rəqsləri başa çatıb.



Әlaqәli Xәbәrlәr