Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə bəyanat yaydı

Açıqlamada bildirilib ki, rəsmi Bakı və İrəvan arasında keçirilən görüşlər nəticəsində iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə olunub.

2073988
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə bəyanat yaydı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, rəsmi Bakı və İrəvan arasında keçirilən görüşlər nəticəsində iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə olunub.

Açıqlamada həmçinin bu ifadələrə yer verilib:“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir''

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəklədiyi qeyd olunub.

Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirib.



Әlaqәli Xәbәrlәr