Türk xalqları arasında tarixi-mədəni layihələr yolunda

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın baş katibi ilə görüşüb

2073390
Türk xalqları arasında tarixi-mədəni layihələr yolunda

 

  Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mərkəzi qərargahı Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er ilə görüşüb.

  Aktotı Raimkulova dəvət üçün təşəkkürünü bildirərək, ilk növbədə Türkiyə Cümhuriyyətini quruluşunun 100 illiyi münasibətilə təbrik edib. Görüşdə Türk Dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirən Fondun fəaliyyətindən bəhs olunub.

  Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətlərinin Parlament Assambleyası arasında mövcud əməkdaşlığı vurğulayaraq türk tünyasının mədəniyyətinin və irsinin qorunması və təbliği sahəsində təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

  Görüş qarşılıqlı maraq doğuran məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadilələri ilə yekunlaşıb.



Әlaqәli Xәbәrlәr