Qarabağda bir həftə ərzində zərərsizləşdirilən mina və sürsat sayı

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi – ANAMA-nın məlumatına görə ...

2069515
Qarabağda bir həftə ərzində zərərsizləşdirilən mina və sürsat sayı

 

  Azərbaycanın Qarabağ bölgəsində bir həftə ərzində 581 mina və sursat zərərsizləşdirilib.

  Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi – ANAMA-nın məlumatına görə, Qarabağ rayonu və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir.

  Bildirilib ki, 20-26 noyabr tarixləri arasında aparılan işlərdə 73 tank əleyhinə mina, 64 piyada əleyhinə mina və 444 partlamamış hərbi sursat zərərsizləşdirilib.

  Cəmi bir həftə ərzində Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında 683,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

  ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 44 günlük Vətən müharibəsinin başa çatdığı 2020-ci ilin noyabrından 2023-cü il 4 noyabradək ümumilikdə 106 min hektar ərazinin minalardan təmizləndiyini söyləyərək bildirib: “Son üç ildə 30 min 539 piyada əleyhinə mina, 18 min 303 tank əleyhinə mina, 56 min 1646 partlamamış hərbi sürsat zərərsizləşdirilib”.

 



Әlaqәli Xәbәrlәr