Bosniya və Herseqovinada Azərbaycanın Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.

2062309
Bosniya və Herseqovinada Azərbaycanın Zəfər Günü qeyd olunub

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Türkiyenin Bosniya və Herseqovinadakı səfiri və səfirliyin əməkdaşları, Türkiyenin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurumlarının rəhbər və nümayəndələri, Sarayevoda səfərdə olan “Xan Şuşinski” Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyeva və musiqiçilər kollektivi, həmçinin “Anadolu Balkan”, “TRT Balkan“ və “Avaz” KİV-lərinin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətləri Dostluq parkında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib.

Həmin gün “Sarajevo City Center” ticarət və biznes mərkəzinə məxsus, şəhərin ən iri rəqəmsal media fasad lövhəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Zəfər Gününə dair məlumatı özündə əks etdirən fotoşəkil işıqlandırılıb.



Әlaqәli Xәbәrlәr