AZƏRTAC və Anadolu Agentliyi arasında yeni müqavilə imzalandı

Yeni müqavilə yazılı xəbərlə yanaşı, qarşılıqlı foto və video mübadiləsini də nəzərdə tutur

2061101
AZƏRTAC və Anadolu Agentliyi arasında yeni müqavilə imzalandı

 

  İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqaviləyə imza atılıb. Sənədi AZƏRTAC İdarə Heyətinin sədri Vüqar Əliyev və Anadolu Agentliyi İdarə Heyətinin sədri Sərdar Karagöz imzalayıblar.

  Yeni müqavilə yazılı xəbərlə yanaşı, qarşılıqlı foto və video mübadiləsini də nəzərdə tutur.

  Sənədə əsasən, iki informasiya agentliyi arasında təcrübə mübadiləsi və texniki dəstək də həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr