İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Cammu və Kəşmir məsələsində Pakistanı dəstəklədiklərini bildirib.

2058953
İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Cammu və Kəşmir məsələsində Pakistanı dəstəklədiklərini bildirib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, İlham Əliyev Azərbaycanda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.
İlham Əliyev Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə  Pakistan hökuməti və xalqının Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.
Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirdi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, iki ölkə arasında birgə hərbi təlim keçirməsinin önəminə toxundu.
lkələrin suverenliyinə və ərazi bütövlüyünə işarə edən İlham Əliyev Cammu və Kəşmir məsələsində Pakistanı hər zaman dəstəklədiklərini vurğulayıb.
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi.
Azərbaycanla qardaş olduqlarını deyən Münir bu günə qədər Ermənistanı buna görə tanımadıqlarını qeyd edib.
Munir Azərbaycana Cammu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr