Qıbrızda Türkiyə Cümhuriyyət coşqusu

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 29 Oktyabr Respublika Günü Şimali Kipr Türk Respublikasında (ŞKTR) da mərasimlərlə qeyd olunub

2057381
Qıbrızda Türkiyə Cümhuriyyət coşqusu

 

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 29 Oktyabr Respublika Günü Şimali Kipr Türk Respublikasında (ŞKTR) da mərasimlərlə qeyd olunub.

  Paytaxt Lefkoşadakı mərasim Atatürk abidəsi önündə keçirilib. Mərasimdə Qıbrız prezidenti Ersin Tatar, parlament sədri Zorlu Töre, baş nazir Ünal Üstel, nazirlər, millət vəkilləri, hərbçilər, siyasətçilər, təşkilat və dərnək nümayəndələri ilə vətəndaşlar iştirak edib.

  ŞKTR prezidenti Ersin Tatar xatirə dəftərində yazıb: “Türkiyə Cümhuriyyətinin elan edilməsi hərbi, diplomatik və siyasi zəfərdir”.

  Şimali Kiprin bütün şəhərlərində tədbirlər keçirilib, küçə və prospektlər Türkiyə və Qıbrız bayraqları ilə bəzədilib.



Әlaqәli Xәbәrlәr